Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər. SİA xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.
Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. O, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mətləb
Xəbər lenti
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 10:56Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Sosial 10:51Azərbaycan neftinin qiyməti 5 dollardan çox artıb
İqtisadiyyat 10:0675 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
Sosial 05:06Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...
Dünya 03:04
Özəl xəbərlər
Digər xəbərlər
"Uşağın beyni həyatı yaşayaraq inkişaf edir” - PSİXOLOQ
Sosial
14 İyul 16:29
"14 iyul 1969-cu il müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi gündür" - ŞƏRH
Siyasət
14 İyul 16:26
Özəl xəbərlər
Digər xəbərlər"Uşağın beyni həyatı yaşayaraq inkişaf edir” - PSİXOLOQ
Sosial 14 İyul 16:29"14 iyul 1969-cu il müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi gündür" - ŞƏRH
Siyasət 14 İyul 16:26
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9443
+0,40%
-
GBP
2,2784
+0,32%
-
RUB
2,1949
-0,95%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



