Mayın 17-də keçirilən imtahanların nəticələri elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin imtahanlar aşağıdakılardır:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.
4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/?frm=egov istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.
İmtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsəvər qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
- Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
- Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Modelin əsas xüsusiyyəti aerodinamikadır...
Texnologiya 21:49Növbəti beş ildə hava necə olacaq?
Sosial 21:28Bütün gəlir xeyriyyəçiliyə yönəldiləcək...
Mədəniyyət 21:07Böyük döyüş Pink Floyda ən böyük hitlərindən birini necə verdi?
Şou-Biznes 20:51Bütün ukraynalılar üçün xoş xəbər...
Dünya 20:07Türkiyənin yük gəmisi PUA hücumuna məruz qalıb
Dünya 19:56Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
Hadisə 19:54Kreml təkbaşına ölkəni böhrana sürükləyir...
Dünya 19:26Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:12NSJ: Putini diz çökdürməyin vaxtıdır...
Dünya 18:51Bakıda parkdan oğurluq edilib
Hadisə 18:38Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17 faiz artıb
İqtisadiyyat 17:53Qazaxıstan neft ixracını genişləndirməyi planlaşdırır...
İqtisadiyyat 17:50Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək
Sosial 17:44Vaşinqton düsturu - ANALİTİK
Siyasət 16:37Həftəsonu güclü külək əsəcək
Hadisə 16:24Pirallahıda futbol festivalı
İdman 16:05Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
İqtisadiyyat 15:30Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
İqtisadiyyat 15:25FED-dən ilk siqnal: Strategiyanı dəyişirlər
Dünya 15:15İsrail səfiri Gəncə və Mingəçevirə səfər edib
Siyasət 14:36Azərbaycanın Pakistandakı səfiri dəyişib
Siyasət 14:19"Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir" - İQTİSADÇI
İqtisadiyyat 13:19Sabah 39 dərəcə isti olacaq
Sosial 12:54Avropa faşizmi hərbi hərəkata çevrilir - TƏHLİL
Siyasət 12:39Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb
Hadisə 11:50Bakıda obyekt yanır
Hadisə 11:46“Ərzaq israfı ailə büdcəsindən görünməyən itkilərə səbəb olur” - İQTİSADÇI
İqtisadiyyat 11:38Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir
Hadisə 11:06Tələbələr əmək bazarına hazırdırmı? - AÇIQLANDI
Təhsil 11:05"Cəmiyyətdə yaradılan panika dollara tələbatı artırır" - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 10:5121 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb
Hadisə 10:33"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib
İqtisadiyyat 10:31Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:30İnsan ömrünün ən bahalı əşyası - KÖŞƏ
Sosial 10:28Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
Hadisə 09:53AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı təxminən 2 dəfə artıb
İqtisadiyyat 09:52Hər bir uşağa özünü qoruma vərdişləri aşılanmalıdır
Sosial 09:37Bu da makiyajsız Demet Akalın...
Şou-Biznes 05:03Türkiyədə FETÖ-çü polkovnik saxlanılıb
Dünya 03:02Dənizdə 16 yaşlı gənc batıb - FHN məlumat yaydı
Hadisə 02:22Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində olub
Siyasət 02:03Azərbaycan səfiri ABŞ senatoru Stiv Deynslə görüşüb
Siyasət 01:205 yaşlı uşaq traktorun altında qalıb öldü...
Hadisə 00:21Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9591
-0,21%
-
GBP
2,2873
-0,04%
-
RUB
2,0816
-0,99%

.jpg)
.jpg)
