WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Şəhərlər üçün izahlı lüğət”in təqdimat mərasimi keçirilib.
SİA xəbər verir ki, tədbirdə şəhərsalma, davamlı inkişaf və urbanizasiya sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri və qonaqlar iştirak ediblər.
Təqdimat zamanı nəşrdə yer alan əsas anlayışlar, şəhərlərin dayanıqlı inkişafı, müasir urbanizasiya prosesləri və şəhər idarəçiliyinə dair terminlərin əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə çıxış edənlər “Şəhərlər üçün izahlı lüğət”in bu sahədə çalışan mütəxəssislər, tədqiqatçılar və gənclər üçün faydalı mənbə olacağını vurğulayıblar.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB