İran hökuməti Azərbaycan-İran dövlət sərhədindən avtomobil idxalı imkanlarının genişləndirilməsi barədə qərar qəbul edib. Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayılıb.
Yeni qərara əsasən, Ərdəbil azad iqtisadi zonasında yerləşən Biləsuvar (İran) gömrük məntəqəsi idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqələrindən biri statusunu alıb. Bununla da Azərbaycan-İran sərhədindən avtomobil idxalı üçün yeni marşrut istifadəyə verilib.
Qərarın avtomobil idxalına qoyulan məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə tələbatın artması fonunda qəbul edildiyi bildirilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB