İş və şəxsi həyat arasında balans yaratmaq insanın həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir. Davamlı işləmək, özünə və yaxınlarına vaxt ayırmamaq zamanla stress, yorğunluq və emosional tükənməyə səbəb ola bilər. Buna görə insan gününü düzgün planlamağı bacarmalıdır. İş saatı bitdikdən sonra istirahətə, ailəyə və şəxsi maraqlara vaxt ayırmaq vacibdir.
Balansı qorumaq üçün insan hər məsuliyyəti üzərinə götürməməli, lazım olduqda “yox” deməyi bacarmalıdır. Eyni zamanda, yuxu rejimi, sağlam qidalanma və fiziki aktivlik də emosional vəziyyətə ciddi təsir edir. Kiçik fasilələr, sevdiyimiz fəaliyyətlərlə məşğul olmaq və yaxın insanlarla ünsiyyət stressin azalmasına kömək edir.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, unutmaq olmaz ki, uğurlu həyat yalnız karyera ilə ölçülmür:
”İnsan həm işində produktiv, həm də şəxsi həyatında xoşbəxt və rahat hiss etməlidir. Həqiqi balans insanın özünü həm işdə, həm də həyatda yaxşı hiss etməsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB