“Forum gənclərə öz potensiallarına daha çox inanmaq imkanı yaradır” - Azərbaycanlı tələbə
WUF13 çərçivəsində yaradılan şərait iştirakçılar üçün olduqca yüksək səviyyədə təşkil olunub. Tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq məqsədilə çoxsaylı müasir və rahat nəqliyyat vasitələri, o cümlədən pulsuz avtobuslar fəaliyyət göstərir. Bu avtobuslardan həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar rahatlıqla istifadə edərək forumun keçirildiyi məkana vaxtında və təhlükəsiz şəkildə çata bilirlər.
Bu sözləri SİA-ya açıqlamasında azərbaycanlı tələbə iştirakçı Təbriz Feyzullayev deyib.
O bildirib ki, forumun ən maraqlı tərəflərindən biri gənclər üçün yaradılan geniş imkanlardır: “Tədbir məkanında xüsusi gənclər zonaları və müxtəlif stendlər təşkil edilib. Burada həm yerli, həm də beynəlxalq şirkətlər, universitetlər və təşkilatlar öz fəaliyyətləri, layihələri və karyera imkanları barədə ətraflı məlumat verirlər”.
Təbriz Feyzullayevin sözlərinə görə, iştirakçılar stendlərdə mütəxəssislərlə birbaşa ünsiyyət qurur, suallarını ünvanlayır və gələcək əməkdaşlıq imkanlarını araşdırırlar.
Tələbə qeyd edib ki, WUF13 ona gənclərin gələcəyin şəhərlərinin qurulmasında nə qədər mühüm rol oynadığını bir daha göstərib: “Bu forum bizi yalnız dinləyici kimi deyil, ideyaları və təşəbbüsləri ilə dəyişiklik yarada biləcək fəal iştirakçılar kimi qəbul edir”.
Onun fikrincə, bu yanaşma gənclərə öz potensiallarına daha çox inanmaq və gələcəyə daha inamla baxmaq imkanı yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB