Milli Observatoriya daha bir beynəlxalq sertifikata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya daha bir mühüm beynəlxalq sertifikata layiq görülüb. Quruma ISO 30401:2018 beynəlxalq sertifikatı təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin sertifikat təşkilatlarda biliklərin idarəolunması sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üçün tələbləri müəyyən edir. ISO 30401 beynəlxalq sertifikatın əsas məqsədi biliklərin dəyərə çevrilməsini dəstəkləməkdir.

Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahəsində araşdırmalar aparır, analitik məlumatlar toplayır, siyasətlərin hazırlanmasına dəstək verir və biliklərin paylaşılmasını təmin edir.

Standartın tətbiqi bu fəaliyyətlərin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə və fəaliyyətin təkmilləşməsinə töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə