Çoxmərtəbəli binalarda komendat nələrə məhdudiyyət qoya bilməz? -HÜQUQŞÜNAS DANIŞDI

“Çoxmərtəbəli binalarda komendatın hər hansı bir bu qəbildən olan qadağaları və məhdudiyyətləri tətbiq etməsi yolverilməzdir.
Komendantın və ya idarəedici şirkətin belə səlahiyyəti birbaşa qanunda göstərilmir. Ən yaxşı halda onlar tövsiyə xarakterli daxili nizam-intizam qaydaları müəyyən edə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, sakinlərinin ümumi yığıncağında qəbul edilmiş qaydalar müəyyən qüvvəyə malik ola bilər:

”Ancaq həmin qaydalar belə Konstitusiya və qanunlarla ziddiyyət təşkil edə bilməz. Yəni sakinlərin çoxluğu belə olsa, onlar bir şəxsin əsas hüquqlarını tam ləğv edən qərar qəbul edə bilməzlər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsində göstərilmişdir ki, Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:
- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.
Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.
Həmin Məcəllənin 142-ci maddəsinə əsasən İdarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər.
İnzibati Xətalar Məcəllənin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə də cərimələr var.
Şəhərsalma və Tikinti Məcəlləsinin Eyni zamanda 14.1-ci maddəsinə Şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi əhali üçün sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin (şəraitinin) yaradılması məqsədlərinə xidmət edir. Yəni istirahət hüququ bizim konstitusion hüququmuzdur. Belə hüququn pozulması qeyd olunan inzibati məsuliyyətə səbəb olu”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə