Yanvar-aprel aylarında əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-aprel ayları ərzində əlilliyi olan 44,6 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə SİA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 22,9 mininə ambulator, 11,1 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB