Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını Azərbaycana səfərə dəvət edib
Gürcüstanın Patriarxı III Şio Azərbaycana səfərə dəvət olunub.
SİA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin gürcü xalqının yeni ruhani liderinə ünvanladığı təbrik məktubunda qeyd edilib.
Məktubda vurğulanıb ki, yarım əsrə yaxındır məni Sizin unudulmaz sələfiniz, gürcü xalqının Böyük Ruhani Lideri, mərhum Katolikos-Patriarxı II İlya ilə səmimi dostluq və qardaşlıq əlaqələri bağlıyırdı. Bu əlaqələrdən ilhamlanaraq, biz həmişə iki qonşu və dost xalqımız və dövlətlərimiz arasında mövcud olan hərtərəfli əlaqələrin, xüsusən də mənəvi və dini sahələrdə yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırdıq. Şübhəsizdir ki, mərhum Patriarx Sizə böyük etimad və etibar göstərirdi. Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Sizin Katolikos-Patriarx seçilməyiniz isə bu etimadın və etibarın bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirdi. Buna görə də mən əminəm ki, onun layiqli varisi olaraq ZatiMüqəddəsləriniz Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlarımız arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz. Xatırlatmaq istərdim ki, dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın KatolikosPatriarxı II İliya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram. Zati-Müqəddəslərinizi əmin etmək istəyirəm ki, bu səfəriniz Azərbaycandakı bütün dindarlar tərəfindən səmimi sevinclə qarşılanacaq və şəxsən mənim üçün böyük şərəf olacaq. Uca Yaradandan Zati-Müqəddəslərinizə qardaş Gürcü xalqının rifahı naminə müqəddəs Patriarx fəaliyyətinizdə xeyir-dualar diləyirəm. Xahiş edirəm, ən yüksək hörmətimi qəbul edin".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



