"İnsanın dəyişməsi mümkündür, amma bu, ani baş verən bir proses deyil. Bu, uzunmüddətli, səbir və iradə tələb edən bir inkişaf yoludur. İnsan ilk növbədə özü ilə səmimi olmalı və özünə bir sual verməlidir: “Mən niyə dəyişmək istəyirəm?” Çünki səbəb güclü olmayanda, dəyişiklik də davamlı olmur".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
.jpg)
Onun sözlərinə görə, ən yaxşı üsullardan biri düşüncələri yazılı şəkildə toplamaqdır: "İnsan hansı xüsusiyyətlərini dəyişmək istədiyini və bunun ona və həyatına necə təsir etdiyini qeyd etməlidir. Daha sonra isə özünə yeni bir obraz qurmalıdır. Dəyişmiş halda necə biri olmaq istəyir? Daha sakit, daha özgüvənli, daha məsuliyyətli? Bunları konkret şəkildə yazmaq vacibdir.
Sonra isə hər gün kiçik addımlarla həmin xüsusiyyətləri həyatında tətbiq etməyə çalışmalıdır. Yəni insan bir növ olmaq istədiyi şəxsin davranışlarını məşq edir. Xarakteri, xasiyyəti və vərdişləri dəyişmək çətindir, amma mümkündür. Bu, güclü iradə tələb edir.
Ətrafdakılar da zamanla bu dəyişiklikləri hiss edirlər. Bəzən insanların reaksiyası fərqli ola bilər, amma insan öz inkişafına fokuslanmalıdır. Çünki həqiqətən dəyişməyi bacaran insanlar həyatlarında yeni imkanlar və yeni səhifələr açırlar.
Əgər insan hiss edirsə ki, bu prosesi təkbaşına idarə etmək çətindir, o zaman bir mütəxəssisdən, psixoloqdan və ya şəxsi inkişaf üzrə mütəxəssisdən dəstək almaq çox faydalı ola bilər. Bəzən doğru istiqamət və peşəkar dəstək dəyişimi daha sağlam və davamlı edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB