Naxçıvanda "İmmunlaşdırma həftəsi" uğurla yekunlaşıb - 290 uşaq peyvəndə cəlb olunub

Naxçıvan Muxtar Respublikasında ənənəvi olaraq qeyd olunan "İmmunlaşdırma həftəsi" bu il də uğurla yekunlaşıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən həftə çərçivəsində muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən tədbirlər təşkil olunub.

Bu müddətdə peyvənddən müxtəlif səbəblərlə kənarda qalan uşaqların müəyyənləşdirilməsi və immunizasiyaya cəlb olunması istiqamətində məqsədyönlü işlər görülüb, prosesə nəzarət məqsədilə monitorinqlər aparılıb. Görülən tədbirlər nəticəsində ümumilikdə 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə