“Əmək mühafizəsi anlayışı yalnız fiziki təhlükəsizlik aspektləri ilə məhdudlaşmır” -NƏRMİN MİRZƏYEVA
“Beynəlxalq Əmək Təşkilatı-nın təşəbbüsü ilə hər il 28 aprel tarixinin Ümumdünya Əmək Mühafizəsi Günü kimi qeyd olunması qlobal miqyasda əmək təhlükəsizliyi və sağlamlığının təmininə yönəlmiş sistemli yanaşmanın mühüm tərkib hissəsidir”.
SİA xəbər verir ki, bu sözləri Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfransında deyib.
Dövlət Bu əlamətdar gün Azərbaycan-da da geniş şəkildə qeyd olunur və artıq müvafiq konfransların, elmi-praktik tədbirlərin təşkili institusional ənənə kimi formalaşmaqdadır.
Bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təşkil olunan tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Cari ildə keçirilən konfransın tematik istiqaməti Beynəlxalq Əmək Təşkilatının müəyyən etdiyi prioritetlərə uyğun olaraq iş yerlərində psixososial risklərin idarə olunması, bu sahədə müasir yanaşmaların tətbiqi və effektiv həll mexanizmlərinin araşdırılması ilə səciyyələnir.
Müasir dövrdə əmək mühafizəsi anlayışı yalnız fiziki təhlükəsizlik aspektləri ilə məhdudlaşmır, eyni zamanda iş mühitinin psixososial komponentlərini də özündə ehtiva edir. İş yükünün optimal bölüşdürülməsi, iş və istirahət rejiminin rasional təşkili, işçi-işəgötürən münasibətlərinin tənzimlənməsi kimi amillər əmək prosesinin keyfiyyətinə, işçilərin sağlamlığına və ümumi məhsuldarlığa birbaşa təsir göstərən determinantlar kimi çıxış edir”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB