Ştat ixtisarı ilə işdən çıxarılmışıqsa, sığorta ödənişi ala bilərik? - HÜQUQŞÜNAS AÇIQLADI
“İxtisarla bağlı ayrıca sığorta sistemi yoxdur. Yəni vətəndaşların gedib “işsizlik” və ya “ixtisar sığortası” kimi xüsusi könüllü sığorta etdirməsi praktikada geniş yayılmış və tətbiq olunan bir mexanizm deyil”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, amma əmək qanunvericiliyində bu məsələ müəyyən şəkildə tənzimlənir:
”Əgər işçi ixtisar səbəbilə işdən azad edilirsə, işəgötürən ona kompensasiya ödəmək öhdəliyi daşıyır. Bu kompensasiya “işdən çıxma müavinəti” kimi də tanınır və işçinin həmin müəssisədəki əmək stajına əsasən hesablanır.
Ümumilikdə bu məbləğ bir aydan dörd aya qədər orta əməkhaqqı həcmində dəyişə bilər. Yəni işçi nə qədər uzun müddət çalışıbsa, alacağı kompensasiya da bir o qədər yüksək olur. Bu yanaşma işçinin sosial müdafiəsini qismən təmin etmək məqsədi daşıyır.
Eyni zamanda qeyd etmək lazımdır ki, ixtisar zamanı ödənişin dəqiq məbləği və şərtləri əmək müqaviləsi, daxili qaydalar və mövcud əmək qanunvericiliyinə əsasən müəyyən edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB