Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası basketbol turniri keçirilir.

SİA xəbər verir ki, bu yarışların əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən 3x3 basketbol yarışlarında ümumilikdə 500-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edir. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının müvafiq qaydada təsdiq edilmiş Texniki reqlamentinə əsasən olimpiya sistemi üzrə keçirilir.

Turnirin birinci mərhələsi aprel 30-na kimi davam edəcək və mayın 4-5-də final oyunları ilə yarışlara yekun vurulacaqdır.

Yarışların qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə