Aprelin 25-dən Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, marşrut üzrə ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik 12 avtobus fəaliyyət göstərir, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirir. Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı 0,7 manatdır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB