Bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” elan edilmiş 2026-cı ildə ölkəmizdə şəhərsalma və infrastrukturun inkişafı istiqamətində müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının geniş tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı olaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına intensiv formada köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata keçirilməsi müsbət hal qismində qeyd olunub.
İclasda, həmçinin bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs olunaraq xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb. Daha sonra geniş kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.
İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bu mötəbər tədbirin ölkəmizin beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm nəticələrin əldə ediləcəyini vurğulayıb.
Bundan başqa, iclasda cinayət mühakimə icraatının elektron qaydada aparılması və elektron formada sübutlarla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərdən irəli gələn vəzifələr ilə bağlı Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, İstintaq idarəsinin rəisi Nemət Əvəzov, əlaqədar digər məsələlərlə bağlı isə Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin İnformasiya texnologiyaları şöbəsinin rəisi Akif Məmmədyarov və Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq icrası həvalə edilmiş vəzifəyə təyinata razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı kollegiya üzvləri və iclasa dəvət olunmuş şəxslər gündəliyə salınmış məsələlər ətrafında çıxış edərək təkliflərini səsləndirib, sonda gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb
İqtisadiyyat 13:33Azərbaycanda şənbə günü hava dumanlı olacaq
Sosial 13:16Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 12:42Tarixdə əbədi yaşayanlar
Təhsil 12:30Əmək Məcəlləsinə dəyişiklik edilir
Siyasət 11:52Səfirlik həm də Vətənin qürbətdəki evidir…
Mədəniyyət 11:37Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Sosial 11:25Ələt Azad İqtisadi Zonasında daha iki data mərkəzi yerləşdirilə bilər
İqtisadiyyat 11:24Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:01Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 10:30Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:29“Gömrük tarifi haqqında” Qanunda bir sıra dəyişikliklər nəzərdə tutulub
İqtisadiyyat 10:28AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
İqtisadiyyat 10:25Ev təsərrüfatının elektron uçotu vergi öhdəliyi yaradacaq? - RƏY
İqtisadiyyat 09:15Avroliqada gecənin NƏTİCƏLƏRİ
İdman 04:06Xaçmazda "Jiquli"nin vurduğu piyada ölüb
Hadisə 00:23"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT
Dünya 26 Noyabr 23:19Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib
Dünya 26 Noyabr 23:03"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi
İdman 26 Noyabr 22:31AZAL-ın ötənilki qazancı açıqlandı - 1,2 milyard manat!
Sosial 26 Noyabr 22:19Media və Yayım Şurası bu telekanalı cərimələdi
Sosial 26 Noyabr 22:02Bridgerton ulduzları yenidən bir araya gəldilər…
Şou-Biznes 26 Noyabr 21:52Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 26 Noyabr 21:27Psixoloq stressi daxili güc mənbəyinə necə çevirməyi izah etdi...
Sosial 26 Noyabr 21:05Keçmiş Buş müttəfiqi Ukraynanın NATO-ya qoşulmasına çağırdı...
Dünya 26 Noyabr 20:51Putinin ordusu gözümüzün qabağında əriyib yox olur...
Dünya 26 Noyabr 20:25Çinin Sakit okeandakı hərbi ambisiyaları fiaskoya çevrildi...
Dünya 26 Noyabr 20:06Atlantic Council: Dünya Ukraynanın necə super gücə çevrildiyini uyudu…
Dünya 26 Noyabr 19:48Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
Dünya 26 Noyabr 19:43BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır...
Dünya 26 Noyabr 19:27Əməkçi miqrant kimi Rusiyaya gələ bilərsiniz, amma ailəsiz...
Dünya 26 Noyabr 19:05Yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
Sosial 26 Noyabr 18:53“Krımda panika başlayıb...”
Dünya 26 Noyabr 18:49Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib
Dünya 26 Noyabr 18:31“Ay etibarsız”..?
Dünya 26 Noyabr 18:26İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
Dünya 26 Noyabr 18:18“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 26 Noyabr 18:04ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Dünya 26 Noyabr 17:55AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 26 Noyabr 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 26 Noyabr 17:36"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 17:20Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - EKSPERT AÇIQLADI
Sosial 26 Noyabr 17:02Mədəniyyət nazirinin Masallıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mədəniyyət 26 Noyabr 16:52Sərdar Cəlaloğlunun Rauf Arifoğludan fərqi üzə çıxdı - TƏHLİL
Siyasət 26 Noyabr 16:49Azərbaycan ilə Slovakiyanın prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
Siyasət 26 Noyabr 16:41FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 26 Noyabr 16:38"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 16:36Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 26 Noyabr 16:35Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY
Sosial 26 Noyabr 16:18El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 26 Noyabr 16:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8652
+0,11%
-
GBP
2,2298
+0,12%
-
RUB
2,0757
+0,94%



