Respublika Uroloji Xəstəxanası da direktorsuz qaldı

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir. Belə ki, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb. Bir müddət əvvəl P.Hacıyevin işdən azad olması üçün ərizə yazdığı ilə bağlı məlumat yayılmışdı. O, bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunub.

Qeyd edək ki, bundan əvvəl “Yeni Klinika”nın direktoru, eləcə də TƏBİB rəhbərinin bir neçə müşavirinin işdən azad olunması barədə xəbərlər yayılmışdı.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə