"Uşaqlar üzərində qəyyumluq və himayə ilə bağlı mübahisələr Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Mülki Məcəlləsi ilə tənzimlənir".
Bu sözləri SİA-ya açıqlamasında vəkil Fuad Məmmədov deyib.

Onun sözlərinə görə, qəyyumluq və himayə müvafiq olaraq 14 yaşınadək və 14-18 yaş arası uşaqlara təyin edilir və bu məsələlər müvafiq icra hakimiyyəti orqanlarının qərarı və ya məhkəmə qaydasında həll olunur: "Qəyyumluq və himayə orqanlarının funksiyalarını əsasən uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirir və qəyyumun/himayəçinin təyinində şəxsin əxlaqı, ailə vəziyyəti, uşağın arzusu və digər mühüm hallar nəzərə alınır.
Mübahisə yarandıqda, tərəflər məhkəməyə müraciət edə bilər və məhkəmə uşağın mənafeyini əsas götürərək qərar qəbul edir.
Məhkəmə qərar verərkən uşağın fiziki, psixoloji və mənəvi inkişafını daha yaxşı təmin edəcək valideyni müəyyən etməyə çalışır.
Digər mühüm məsələlərdən biri valideynlərin şəxsi keyfiyyətləri və həyat tərzidir. Buraya onların davranışı, sosial mühiti, zərərli vərdişlərinin olub-olmaması və uşağa münasibəti daxildir.
Maddi və yaşayış şəraiti də nəzərə alınan amillər sırasındadır. Amma bu, təkbaşına həlledici faktor sayılmır. Yəni daha yaxşı maddi imkana malik olmaq avtomatik olaraq qəyyumluğun həmin valideynə verilməsi demək deyil.
Eyni zamanda, valideynlərin uşağa ayıra biləcəyi vaxt və qayğı xüsusi əhəmiyyət daşıyır. Uşağın gündəlik tərbiyəsi, təhsili və sağlamlığı ilə daha çox məşğul olan valideyn üstün hesab oluna bilər.
Qəyyumluq və himayə məsələləri ilə bağlı qərarlar həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə daxil edilir və qəyyumluqda olan uşağın hüquqlarının qorunması təmin edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB