“Son illərdə məzar daşlarının qiyməti xeyli artıb. İnsanlar doğmalarının xatirəsini əbədiləşdirmək üçün qəbirüstü abidələr hazırlayanlara müraciət edirlər. Amma çox vaxt bu, sadəcə hörmət niyyəti ilə deyil, bir-biri ilə müqayisə etmək düşüncəsindən qaynaqlanır”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzə ekspert Fatimə Hacıbəyli deyib.
Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Əslində, bahalı məzar daşı insanın dəyərini göstərmir. İnsan öz ömrü boyu qazandığı yaxşı əməlləri, qoyduğu izləri və insanların qəlbindəki xatirəsi ilə yaşayır. Təmtəraqlı daş isə nə qədər qiymətli olsa da, bu dəyərlərin yerini tuta bilməz. Burada əsas sual yaranır: məqsədimiz nədir? Əzizimizi yad etmək, yoxsa başqalarının gözündə fərqlənmək? Sadə, səliqəli bir məzar daşı da kifayətdir. Ən önəmlisi – məzarlığın baxımlı saxlanılması, məzarın təmizliyi və mərhumun ruhuna edilən dualardır. Unutmayaq ki, ən qiymətli miras daşlar yox, yaxşı xatirələrdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə