Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə it döyüşlərinin keçirilməsi ilə bağlı görüntülər yayımlanıb. SİA xəbər verir ki, həmin görüntülərdə bir qrup şəxsin it döyüşdürməklə məşğul olduğu məlum olub. Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinə sorğu göndərdik.
Bildirildi ki, hazırda polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.
Məsələnin psixoloji tərəfini araşdırma üçün psixoloq Vüsalə Əmiraslanovadan açıqlama aldıq.
Psixoloqun sözlərinə görə, heyvanları dalaşdırmaq, xoruz döyüşdürmək, itləri boğuşdurmaq və.s. bu bir əyləncə növüdür: "Bəzən insanların hobbiləri olur ki, bunu daha sonra professional şəkildə həyata keçirməyə çalışırlar. Amma əlbəttəki burada bir canlı faktırı varsa bu biraz humanistlik tərəfdən kənara çıxır. Çünki burada heyvanlar incidilir, bəlkə də heyvanlar ölür. Bir yarış xatirinə və ya maddiyata görə bunu edirlər. Ancaq bizim Novruz adətlərində xoruz döyüşdürmək və s. adət kimi olduğuna görə bəzən insanlar buna adi baxırlar. Amma itləri boğuşdurmaq, vəhşi heyvanları bir-birinə qarşı qoymaq həm uşaqlarda, həm də böyüklərdə aqressiyanı artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə