Ölən şəxsin kreditini kim ödəməlidir? - AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanda banklarla müştərilər arasında problemlərdən biri də kredit götürən şəxsin vəfatı zamanı yaranır. Bank qarşısında borc öhdəliyi olan şəxsin ailəsinin aztəminatlı olması bu problemin daha da böyüməsinə səbəb olur. SİA “Kredit götürən şəxs vəfat edərsə, bu halda kredit ödənilməlidirmi?” mövzusunda vəkil Ramil Vəliyevin fikirlərini öyrənib.


Onun sözlərinə görə, ölmüş şəxsin kredit və digər borcları onun vərəsələrindən tələb oluna bilər: “Vərəsələr mirası notarial qaydada vərəsəlik şəhadətnaməsi və ya daşınar əmlakları faktiki qəbul etdikləri halda borc öhdəlikləri də onlara yönəldilə bilər”.

Ramil Vəliyev sözlərinə belə davam edib: “Amma vərəsə qəbul etdiyi mirasın dəyərindən çox öhdəlik daşımır.

Bundan başqa birgə nikah dövründə əldə edilmiş əmlakın da ölən şəxsə aid pay hissəsinə iddia qaldırıla bilər. Ölən şəxsin övladları, qohumları hər hansı mirası qəbul etmədikləri halda kredit və digər borc öhdəlikləri onlardan tələb oluna bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə