“Fevralın 19-u axşamdan 20-si gündüzədək ölkə ərazisində hava şəraiti dəyişəcək”. Bunu SİA-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, fasilələrlə yağıntı olacaq: “Bəzi yerlərdə qar yağacaq, şimal-şərq küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın minimal temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.
Bakıda və Abşeron yarmadasında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərdə isə -3 dərəcəyədək olacağı proqnozlaşdırılır. Bakı və Abşeron yarmadasında fevralın 19-dan başlayaraq ara bir yağış yağacaq. Ayın 20-də səhər saatlarından etibaran sulu qar, axşam saatlarında isə qar yağacağı gözlənilir. Bölgələrdə fevralın 19-u axşamdan 20-i səhərədək fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ, Şərqi Zəngəzur, Qazax, Gəncə, Balakən, Şəki, Quba, Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran və Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə