Dünyada kişinin qadına, qadının kişiyə çevrilməsi prosesi getdikcə artır və adi hala çevrilir. Ölkəmizdə isə cinsiyyətin dəyişdirilməsi qanunla qadağandır. Lakin bəzi hallarda sosial şəbəkələrdə cinsini əməliyyatla dəyişənlərin olduğu iddialarına rast gəlirik. Hələ illər öncə estetik-plastik əməliyyatların bir növü olan cinsiyyətin dəyişdirilməsi prosesinə ölkəmizdə ən çox kişilərin müraciət etdiyinə dair mütəxəssis rəyləri də mövcud idi.
Bəzi insanlar cinsindən niyə məmnun deyil. Onlar dəyişməyə nəyə görə can atırlar. Məsələ ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu kieçirib.
Şəhər sakini Murad Behbudov: “Öz üzərlərinə diqqət çəkmək üçün bu yola əl atırlar. Belə insanlara qarşı neytral baxıram. Öz seçimləridir. Şəxsən dəstəkləmirəm. Amma yenə də problemdir”.
Şəhər sakini Aynur Məmmədova: “Belələrinə pis baxıram. Heç düzgün deyil. Sanki bəziləri bir moda yaradıb, bunu təbliğ edir. Ona görə heç yaxşı şey deyil. Hələ bu cür insanlar efirlərə çıxarılıb reklam oilunur”.
Şəhər sakini Mahmud Qurbanlı: “Təbii ki, pis baxıram. Bu insanları qəbirstanlığa aparmaq lazımdır”.
Şəhər sakini Leyla Musayeva: “Bütün günü belələrini görürük. Çox ciddi məsələdir. Ya qida, ya da hava ilə insanları bu cür xəstəliklərə düşar edirlər. Hərə özü üçün yaşayır. Elələri də bu həyatı özü seçir. Ona görə bizə nəsə demək düşməz.
Şəhər sakini Elman Qasımov: “Bəlkə də, bu planlaşdırılmış bir şeydir. Onlar da insandır. Amma tərbiyəsizlikdir”.
Şəhər sakini Əli Mirzəyev: “Bunla bağlı geniş danışa bilmərəm. Belə insanlara pis baxıram. Mənə görə normal hal deyil. Yaxşı qarşılamıram bu cür insanları”.
Şəhər sakini Mahmud Nuriyev: “Bizi Allah yaradıb. Ona görə də necə yaradılmışıqsa elə də qalmalıyıq. Bu səbəbdən cinsiyyətini dəyişən insanları birmənalı şəkildə qınayıram və normal hesab etmirəm”.
Şəhər sakini Gülnarə Sadıqova: “Heç yaxşı deyil. Hətta qınayıram. Bu kimi şeylər bizim gənclərimizin sonunu gətirəcək”.
Şəhər sakini Emil Ziyalı: “Bu insanın psixologiyasından aslıdır. Çox zaman uşaqlıqdan bu xəstəlik kimi yaranır və qarşısı alınmır. Ona görə də belə halın yaşanması yaxşı bir hal deyil”.
Şəhər sakini Sabına Qafarlı: “Düşünürəm ki, bu problem hər zaman olub. Hətta keçmiş zamanlarda belə bu cür insanlara rast gəlinib. Lakin müasir dövrümüzdə sosial şəbəkələr və ya televiziya vasitəsi ilə bunu daha açıq şəkildə gösərirlər. O cür insanlar da özlərində olan fərqliliyi hiss etməyə başlayırlar. Mən belə insanlara normal yanaşıram. Bir qəbahət yoxdur burda”.
Bütün xəbərlər Facebook səhifəmizdə