Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib - FOTOLAR - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib. SİA agentliyə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Məlumata görə, müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

https://youtu.be/2d7LBNC7SHE

Bütün xəbərlər Facebook səhifəmizdə