“Orqanizmdə yod hazırlanmır“ - HƏKİM DANIŞDI

“Yod mikroelementlərdən biridir və orqanizmdə yod hazırlanmır. Yod orqanizmə məhz xaricdən yod tərkibli qidalar vasitəsilə daxil olur. Həmçinin yod ana bətnindəli döldən başlayaraq həyatımızın sonuna qədər orqanizmimizdə vacib rola sahib olan maddələrdən biridir. Yodun orqanizmdə miqdarı cəmi 25 milli qram olur, bunun 15 qramı qalxanabənzər vəzdə, qalanları isə qaraciyər, dəri və s. olur. Gün ərzində 2 qram yodlaşdırılmış duz qəbul edilməsi orqanizmin sutkalıq yod ehtiyacının ödənilməsinə bəs edir. Lakin yodun miqdarının artması və ya azalması orqanizmdə müəyyən problemlərə gətirib, çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Tariel Eyvazov deyib.

O bildirib ki, yodun orqanimzdəki əsas fəaliyyəti qalxanabənzər vəzin hormonunun hazırlanmasında mühüm rola sahib olmasıdır: “Əgər orqanizmdə yod çatışmazlığı olarsa, bu zaman həmin hormon kifayət qədər ifraz olunmur. Bu zaman isə insan özünü yorğun, zəiflik hiss edir, yaddaş pozuntusu, dərinin quruması, saçların nazikləməsi və tökülməsi, nəbzin zəifləməsi, çəkinin artması halları baş verir.

Orqanizmdə yodun miqdarı çox olduqda isə göz almasının böyüməsi, tərləmə, nəbzin zəifləməsi və tezləşmə, gərginlik və əsəb kimi hallarla müşahidə olunur. Yodun miqdarını isə müəyyən testlər vasitəsilə müəyyən etmək olur.
Qeyd olunan hər iki halda həkim məsləhəti ilə lazımi dərmanlar və qida qəbulu ilə orqanizmdə yodun miqdarını normaya salmaq mümkün olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə