“Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” – YENİLƏNİR/FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasında 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü və 29 oktyabr – Türkiyə Respublikasının Cümhuriyyət Gününə həsr olunmuş “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Kılıç, millət vəkili, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov, institutun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri, siyasi elmlər doktoru Ramilə Dadaşova və Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli iştirak edirlər.
Tədbirdə həmçinin Azərbaycanın və Türkiyənin elm, siyasət və ictimaiyyət nümayəndələri, media təmsilçiləri də iştirak edirlər.
Konfransda iki qardaş ölkə arasında tarixi münasibətlərin inkişafı, strateji tərəfdaşlıq, regional təhlükəsizlik və yeni qlobal çağırışlar kontekstində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə