Keçmiş mühafizəçi Rusiyaya casusluq etdiyi üçün həbs olunacaq

...SİA-nın əldə etdiyi məlumata görə, Associated Press (AP) xəbər verir ki, ABŞ-ın Norveçdəki səfirliyinin keçmiş mühafizəçisi Rusiya və İranın xeyrinə casusluq etdiyi üçün həbs olunacaq.

Agentliyin məlumatına görə, 28 yaşlı norveçli 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2024-cü ilin noyabrında ABŞ-ın milli təhlükəsizliyinə zərər vurmaqda şübhəli bilinərək həbs edilib.

Bundan əvvəl Euractiv xəbər portalı keçmiş norveçli mühafizəçinin bina planlarını, habelə səfirlik əməkdaşları və onların ailə üzvləri haqqında şəxsi məlumatları Rusiya və İran kəşfiyyat orqanlarına təqdim etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə