SİA-nın məlumatına görə, RİA Novosti Fransa mətbuatına istinadən xəbər verir ki, aktrisa Bricit Bardo "ağır xəstəlik" səbəbindən əməliyyat olunduqdan sonra tədricən sağalır. Bardo Tulondakı xəstəxanaya yerləşdirilib.
…Sentyabrın 28-də 91 yaşı tamam olan Sen-Trope sakini tədricən sağalır, - məlumatda deyilir.
Bundan əvvəl Nice-Matin Bardotun üç həftə özəl Saint-Jean xəstəxanasında olduğunu bildirmişdi.
Onun ağır xəstəlik səbəbindən əməliyyat olunduğu bildirilib. Xüsusi xəstəlik göstərilməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə