Mədəniyyət Asiyada sülh və sabitliyin inkişafına xidmət edir - Çunq Eu-yonq
On ildən sonra yenidən Bakıya qayıtdığım üçün sevinirəm. SİA xəbər verir ki, bu sözləri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonq Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının açılışında söyləyib.
O vurğulayıb ki, siyasi partiyalar arasında dialoqu gücləndirmək vacibdir və mədəni müxtəliflik demokratik inkişaf üçün mühüm rol oynayır.
“Mədəniyyət xalqlar arasında qarşılıqlı hörmətin inkişafına xidmət edir. Asiya Mədəniyyət Şurası ICAPP-ın ən mənalı və dinamik platformalarından biridir. Burada mədəniyyət Asiyada sülh və sabitliyin inkişafına töhfə verir, əməkdaşlığı dərinləşdirir və innovativ layihələrin həyata keçirilməsinə imkan yaradır”, - deyə Çunq Eu-yonq əlavə edib.
O, həmçinin bildirib ki, burada qurulan tərəfdaşlıqlar ICAPP-ın gündəliyini daha da zənginləşdirəcək və təşkilatın beynəlxalq əməkdaşlıq sahəsində rolunu gücləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə