Müharibə başlayandan bəri ilk dəfə... bu barədə Nikolaev OAV rəhbəri bildirib...
Müharibə başlayandan bəri ilk dəfə olaraq rus işğalçıları Nikolayevi vurmaq üçün idarə olunan hava bombalarından istifadə ediblər.
SİA-nın məlumatına görə, hücum dünən, oktyabrın 16-da baş verib.
Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib.
Kim qeyd edib ki, ruslar Nikolayevə iki idarə olunan hava bombası atıblar.
...Onlar əslində ilk dəfədir ki, Nikolayevə çatıblar. İndi bu bombaların övü müəyyənləşdirilir. Lakin müharibə başlayandan bəri ilk dəfədir ki, şəhərin kənarları idarə olunan hava bombaları ilə hücuma məruz qalır, - o əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə