“Azərbaycan-Türkiyə münasibətləri tarix boyu xüsusi əhəmiyyət kəsb edib” - Hulusu Kılıç
“Azərbaycan və Türkiyə arasında münasibətlər tarixi illər boyunca xüsusi əhəmiyyətə malik olub. 1915-ci ildən başlayaraq iki qardaş ölkənin əməkdaşlıq və qarşılıqlı dəstək dövrləri Azərbaycan və Türkiyə xalqı üçün örnək olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə, Osmanlı ordusunun dəstəyi ilə ölkənin müstəqilliyi qorunub və bu birliyin təməli qoyulub. 1991-ci ildən başlayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Türkiyə ilə strateji və diplomatik əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”. SİA xəbər verir ki, bu sözləri Hulusu Kılıç, Türkiyənin Azərbaycandakı sabiq səfiri və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda səsləndirib.
Səfir vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız keçmişdə deyil, bu gün də regionun sabitliyi, iqtisadi inkişafı və strateji əməkdaşlıq baxımından vacib rol oynayır: “Bu əlaqələr hər iki ölkənin liderlərinin birliyi və xalqımızın qardaşlığı sayəsində daha da möhkəmlənib və türk dünyası üçün örnək model olaraq qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə