Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
SİA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizin Manamada səfirliyinin maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli, Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiqləməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə