Prezident İlham Əliyev Sərəncam imzalayıb...

17 Oktyabr 2025 18:38 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

SİA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizin Manamada səfirliyinin maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli, Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiqləməlidir.