Böyük Britaniya Kralı III Çarlz Vatikana dövlət səfəri edəcək

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Vatikana dövlət səfərinə gedəcəklər. SİA xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22–23-də baş tutacaq səfər zamanı Kral və Kraliça Papa XIV Leo ilə ilk dəfə görüşəcəklər. Onların səfəri Katolik Kilsəsinin hər 25 ildən bir qeyd olunan yubiley ilinə həsr olunmuş mərasimlərə təsadüf edir.

Proqram çərçivəsində Kral Çarlz Apostol Sarayında Papa XIV Leo ilə görüşəcək. Həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüş planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə