Lukaşenko ona robot tozsoran verilməsini xahiş edib...

...Belarus prezidenti Aleksandr Lukaşenko hədiyyə olaraq robot tozsoran istəyib.

SİA-nın məlumatına görə, onun sözlərini "Pul Pervogo" Telegram kanalı sitat gətirib.

Lukaşenko Minsk şəhər Uşaq və Gənclər üçün Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Tədbir çərçivəsində Belarus lideri gənc robot ustaları ilə görüşüb. Uşaqlardan biri prezidentə özünün yaratdığı robot tozsoranı göstərib.

...Tanış görünür. Mənim evdə belə bir cihaz yoxdur, əlbəttə. Düşünürəm ki, özümüzdən nəsə düzəltsək, birincisini mənə verəcəksən, - Lukaşenko qeyd edib.

Belarus prezidenti həmçinin kompakt tırtıllı yerüstü pilotsuz uçuş aparatına da baxıb.

Daha sonra o, gənc robot ustasına robototexnika sahəsində çətin yarışda uğurlar arzulayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə