ABŞ prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinə heyran olduğunu bildirib və yalnız keçən həftə şübhələnsə də, iki həftə sonra onunla Cənubi Koreyada görüşəcəyini açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə “RBK-Ukrayna” “Reuters”ə istinadən xəbər verir.
...Düşünürəm ki, Çinlə hər şey yaxşı olacaq, lakin razılaşma ədalətli olmalıdır. Bu, ədalətli olmalıdır, - Amerika lideri bildirib.
...Xatırladaq ki, oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşünün “lazımsız” olduğunu bildirmişdi.
Qeyd edək ki, o, bu açıqlamanı Çinin ixrac nəzarəti ilə bağlı digər ölkələrə göndərdiyi məktublara cavab olaraq vermişdi.
Amerika lideri daha sonra Çinin “düşmənləşdiyini” və bazarları bağlaya və faktiki olaraq hər bir ölkə üçün çətinlik yarada biləcəyini vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə