Azərbaycan sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir - Tahir Budaqov
2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir. SİA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının açılışında söyləyib.
O bildirib ki, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlıq, inteqrasiya, sülh və təhlükəsizliyə xidmət etdiyini əməli fəaliyyəti ilə nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə