Ümummilli lider Heydər Əliyevlə bağlı paytaxt sakinləri nə düşünür? - SORĞU

Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu dövlətə çevrilmişdir. 1990-cı illərdə Azərbaycan öz gərgin dövrünü yaşayırdı. Elə bu zaman Heydər Əliyev hakimiyyətə gələrək ölkəmizi xilas etdi. Ulu öndər ölkədəki xaotik vəziyyətin qarşısını qəhrəmancasına aldı. Bildiyimiz kimi, 10 may ulu öndərimizin anadan olmasının 100 illik yubileyidir. Bu münasibətlə SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Samirə Əliyeva: "Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Şəhər sakini Orxan Alıyev: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanın qurucusu olub. Necə ki, O, azərbaycalı olmağı ilə fəxr edirdi, Azərbaycan xalqı da onunla fəxr edib, edəcək də. Onun nailiyyətlərinin, ağıllı siyasətinin nəticəsidir ki, biz bu gün rahat həyat yaşaya bilirik. İndi Ulu Öndərin 100 illiyini qeyd etməyimiz, bizim onun xatirəsinə olan dərin ehtiramımızın göstəricisidir. Yaxşı ki, Azərbaycan dövlətinin başında belə bir dahi şəxsiyyət olub".

Şəhər sakini Fatma Fətəliyeva: "Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1990-cı illərdə Azərbaycan öz gərgin dövrünü yaşayırdı. Elə bu zaman Heydər Əliyev hakimiyyətə gələrək ölkəmizi xilas etdi. Ulu öndər ölkədəki xaotik vəziyyətin qarşısını qəhrəmancasına aldı".

Şəhər sakini Yavər Quliyev: " Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici siyasət inkişaf etdi. Belə ki, o, bir sıra xarici təşkilatlarla diplomatik əlaqələr yaratdı. Bunun nəticəsində də ölkənin xarici siyasəti formalaşmağa başladı".

Şəhər sakini Zümrüd Şahbazov: "Azərbaycan xalqı yaşadıqca Ulu Öndər Heydər Əliyev də yaşayacaq. Dahi şəxsiyyət öz dövləti, xalqı üçün əlindən gələn hər şeyi edib. Qazandığımız şanlı qələbəyə gedən yol da Ulu Öndərin siyasətindən keçir. Fəxr etməliyik ki, onun kimi dahi şəxsiyyət yetişdirən bir xalqın nümayəndəsiyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə