Tarix boyu ermənilər öz tarixlərini saxtalaşdırmış, təhrif etmiş və qondarma Ermənistan respublikası yaratmışdır. 44 günlük ikinci Qarabağ savaşından sonra Azərbaycanın işğaldan azad edib geri qaytardığı tarixi torpaqlarında biz bir daha bunun şahidi olduq. Ermənistan tərəfindən yürüdülmüş etnik siyasətin tarixi, mədəni və dini irsin tamamilə dağıdılması faktı göz qabağındadır. Bu dağıntıların kütləvi şəkildə olmasını nəzərə alaraq deməliyik ki, belə vandalizm təsadüfi yox, ermənilərin düşünülmüş, planlaşdırılmış və sanksiyalaşdırılmış məqsədyönlü siyasətinin nəticəsidir. Ermənilər tarix boyu Azərbaycan torpaqlarını işğal etmiş və işğal etdiyi ərazilərdə Azərbaycan-türk mədəni irsinin dağılmasını həyata keçirmişdilər. Zəngəzurun coğrafi, mədəni və tarixi bağlılıq baxımdan Şərqi Zəngəzur və Qarabağ zonası ilə çox bağlılığı var idi. Eyni zamanda Göyçə gölünün ətrafları Gəncəbasar zonasına daha yaxın idi. İndiki Yerevan, əslində Azərbaycan-türk şəhəri olmuş İrəvan tarixinin təmamilə silinib və əvəzinə saxta erməni tarixi yazılıb ki, buna ermənilərin özləri belə inanırmırlar. Ermənilər nəinki tarixi Azərbaycan torpaqlarındakı Azərbaycan-türk mədəni irsini, eyni zamanda Azərbaycan torpaqlarında mövcud olmuş xristian abidələrini də saxtalaşdırmış, üzərindəki olan yazıların, emblemlərin, işarələrin və s. onilliklər ərzində təhrif etmiş, saxtalaşdırmış və erməniləşdirmişdilər. Onlar bunu çoxdan alışdığı öz milli identik keyfiyyətləri hesab etdikləri yalan və hiylədən istifadə edərək təmir və bərpa adı ilə etmişdilər. İşğal altında saxladıqları tarixi torpaqlarımıza səfər etməyə çalışan UNESCO missiyasının səfərlərini müxtəlif bəhanələrlə qarşısını almışdılar. Hətta bu faktı UNESCO 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında da aydın şəkildə əks etdirmişdir.

Ermənilər İrəvan şəhərinin yaranma tarixini eramızdan əvvələ qədər aparmış və bu yaşayış məskəninin 2800 illik tarixi olduğunu qondarma yollarla sübuta yetirməyə çalışmışdılar. Hələ türk səyyah və coğrafiyaşünas Övliya Çələbi özünün tarixi əlyazmalarında burada XV əsrdən yaşayış yeri olduğunu qeyd etmişdir. Yəni burada şəhər inzabati ərazi və yaşayış yeri kimi ermənilərin iddia etdiyi kimi eramızdan əvvələ aid deyildir İrəvan şəhəri ərazisində olan Təpəbaşı məhəlləsindəki Göy məscid yeganə salamat qalan dini-tarixi abidəmizdir. Ancaq fitnəkar və saxtakar ermənilər burada da öz uydurma tarixlərini daha da eybəcər göstərmək adına Göy məscidi İran məscidi kimi qələmə vermişdilər. İstənilən cidd-cəhdlə türk-müsəlman izlərinin yox olmasına çalışmışdılar. Lakin 2022-ci ilin iyul ayında bir qrup Azərbaycan tarixşünas və ictimai elm xadimləri UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət ünvanlayaraq İrəvan şəhərində yeganə Azərbaycan-türk yaşayış məskəni olan Təpəbaşı məhəlləsinin tarixi səhifələrdən silinmək üzrə olduğunu qətiyyətlə bildirmişdilər. Eyni zamanda, bildirirlər ki, Göy məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. İran tərəfindən Göy məscidin İran məscidi adlandırılması qəbuledilməzdir. Göy məscid İrəvanda salamat qalan yeganə məsciddir və bu dini abidə Hüseynəli xan tərəfindən inşa edilib, hətta xanın məhz Göy məsciddə dəfn olunduğu məlumatlarına da rast gəlinir. 1831-1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. İrəvan şəhərindəki tarixi abidələrin, islam məbədlərinin hamısı azərbaycan türklərinin adı ilı bağlıdır. Bu tarixi saxtalaşdırmaq Təpəbaşı məhəlləsindəki yeganə salamat qalan Göy məscidin İran məscidi olaraq dünyaya təqdim etmələri yolverilməzdir.

Ermənilərin tarix boyu nə yurd-yuvaları, nə respublikaları nə də vətənləri olub. Vətəni olmayan erməni kimi etnik qruplar isə hər zaman başqa millətlərin içinə qarışmaqla özlərinə məskən tapmağa çalışmış və hər getdiyi yeri özlərinə vətən hesab etmişdilər. Amma indiki dünya artıq fərqli dünyadır. Bunu Ermənistan və onun havadarları həm siyasi-diplomatik, həm də elmi-mədəni sahədə mövqelərinin zəiflədiyini görüb artıq çoxdan anlayırlar. İndiki dünyanı tarixi ədalətsizlik, saxtakarlıq və dolandırıcılıqla aldatmaq çətin məsələdir. Ermənilər öz köhnə peşələrindən əl çəkmək niyyətində olmasalar da, biz də xalq olaraq tariximizə sahib çıxmalı, onların silib itirmək istədiyi hər bir izi geri qaytarmaqçün tariximizi bilməli, ciddi səylə araşdırmalar aparmalı və nəticələr əldə olunmalıdır. Tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vicdan borcudur. Təkcə Təpəbaşı məhəlləsi və orda olan abidələrimiz deyil, bütün mədəni mirasımıza sahib çıxmalı və qorumalıyıq. Tarixi torpaqlarımız vəhşi, dağıdıcı ermənilərin öhdəsinə buraxılmamalıdır. Çünki bütün bunlar bizim öz mədədniyyətimizdir. Ermənistandan qovulmuş minlərlə soydaşımız gələcəkdə yenidən ata-baba yurdlarına dönə biləcəklər. Bu əvvəl-axır baş verməlidir. Çünki İrəvan torpaqları, Göyçə mahalı, Zəngəzur eli tarixi Azərbaycan torpaqlarıdır. Bu tarixi 100 erməni tarixçisi saxtalaşdırmaq istəsə belə, 150 milyondan çox türk xalqının tarixinə xələl gətirə bilməyəcək.

Nigar Quliyeva

Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə