Din xadimləri Xaçmazda birgə namaz qılıblar - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Xaçmazda din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarın iştirakçıları rayonun "Təzə Şəhər" məscidində vəhdət halında namaz qılıblar. Qurumdan SİA-ya verilən məlumata görə, namazda Neftçala, Salyan, Sabirabad, Quba və Xaçmaz rayonlarından olan din xadimləri iştirak ediblər.

Xatırladaq ki, seminar çərçivəsində din xadimlərinin iştirakı ilə müxtəlif mövzularda mühazirələrin dinlənilməsi, rayonun tarixi, mədəni və dini məkanlarının ziyarət edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə