Məntiq evliliyi, yoxsa sevgi? -PSİXOLOQ ŞƏRH ETDİ

"Ümumiyyətlə, evlilik yaş və ailə dəyərlərinə görə dəyişir. Elə insanlar var ki, müəyyən yaşa qədər ailə qurmurlar, amma müəyyən yaş keçdikdən sonra məntiq evliliyi edirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu, insanın yenə də düşüncəsinə bağlı bir şeydir. Elə insanlar var ki, evliliyin maddi tərəfini düşünərək ailə qurur, elə insanlar da var ki, sevgini üstün tutaraq ailə həyatı qururlar. Bu da, əsasən, xarakterə bağlı bir şeydir. Həmçinin böyüdükləri ailədən də çox şey asılıdır. Məsələn, elə ailələr var ki, qohum evliliyinə üstünlük verirlər, balaca vaxtından artıq ailələr arasında sözləşmələr olur. Lakin insan artıq böyüyəndən sonra o məntiq evliliyini seçməyə məcbur olur. Amma elə ailələr də var ki, demokratik ailələr olur və qohum evliliyi o qədər də önəm daşımır və seçim verirlər övladlarına ki, kiminlə istəsən ailə qura bilərsən. Bunun da mənəvi tərəfi daha çox üstünlük daşıyır və bu ailədə sevgi daha çox olur. Amma son zamanlarda məntiq evliliyindən daha çox, emosional bağa daha çox üstünlük verirlər. Yəni məntiq evlilikləri zaman-zaman azalmağa başlayıb. Əslində, bir psixoloq kimi deyə bilərəm ki, həm məntiq, həm də sevgi məsələləri də üstünlük daşımalıdır. Çünki hər insanı tapmaq da asan deyil. Həm ürəyinə yatan, həm dürüstlüyünə əmin olduğun insanlar indiki zamanda çox azdır. Buna görə də həm məntiqi tərəfini araşdırmaq lazımdır, həm də mənəvi tərəfini araşdırmaq lazımdır. Fikirlərimi qədim yunan filosofu Sokratın sözü ilə bitirmək istəyirəm. Sokrat demişdir ki, "mütləq evlənin, yoldaşınız yaxşı olarsa xoşbəxt olarsınız, yaxşı olmasa da filosof olarsınız". Yəni, bu məsələyə bir az fərqli cür yanaşılır. Riskli bir məsələdir, lakin risksiz də həyat yoxdur".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə