...Amerikalı aktyorlar Çarli Şin və Denis Riçardsın qızı, model Sami Şin bədənindəki plastik əməliyyatla bağlı həqiqəti açıqlayıb.
SİA-nın məlumatına görə, onun İnstaqramında müvafiq hekayələr Page Six nəşri tərəfindən diqqət çəkib.
21 yaşlı məşhur varisin mavi çimərlik paltarında özünü kameraya çəkdiyi şəkli (yazılan zaman silinib) yerləşdirib. Model fotonu sinə əməliyyatı barədə soruşan abunəçinin skrinşotu ilə müşayiət edib.
Belə ki, qız 2023-cü ildə həcmi 350 kub santimetr olan silikon implantları taxdığını bildirib.
O, döşlərinin mümkün qədər təbii görünməsi üçün orta profilli implantları seçdiyini də aydınlaşdırıb.
Bundan əvvəl amerikalı televiziya ulduzu Kayli Cennerin də gözlənilmədən bədənindəki plastik əməliyyatla bağlı detalları açıqladığı bildirilmişdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə