Qriqori Leps konsertində video çəkən izləyicini danlayıb

...Rusiyalı müğənni Qriqori Leps konsertində klip çəkən izləyicini danlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Çelninskiye izvestiya” nəşri yazıb.

Belə ki, ifaçının çıxışı noyabrın 29-da Naberejnıye Çelnı Buz Sarayında baş tutub.

Tamaşaçılarla ünsiyyətdə olarkən ilk cərgədən tamaşaçıya irad bildirən Leps çəkiliş əvəzinə əl çala bildiyini qeyd edib. ...Onda bu videoya ayaqyolunda baxacaqsan, - deyə müğənni əlavə edib.

Leps daha əvvəl demişdi ki, 18 yaşlı sevgilisi Aurora Kiba ilə 2025-ci ilin yayında evlənməyi planlaşdırır.

O, “Will Show” verilişində evlilik vaxtını açıqlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə