Sofiya Rotaru Moskvada Lujkovun hədiyyə etdiyi mənzili satır...

...Müğənni Sofiya Rotaru Moskvadakı mənzilini satışa çıxarıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müğənni mənzil üçün 65 milyon rubl istəyir.

...Söhbət paytaxtın keçmiş meri Yuri Lujkovun onun alınmasına kömək etdiyi Zoologiçeskaya küçəsindəki üç otaqlı mənzildən gedir.

Müğənninin keçmiş konsert direktoru Olqa Konyaxinanın dediyinə görə, guya əmlak o vaxt Rotaruya güzəştli şərtlərlə, “demək olar ki, heç bir şeyə” verilib.

...Qeyd edək ki, daha əvvəl müğənni Sofiya Rotarunun Krımdakı otelindən nə qədər qazandığı məlum olub. Sənətçinin keçmiş direktoru Sergey Lavrovun sözlərinə görə, sənətçi otel biznesindən heç nə almayıb. Bütün gəlirlər müəssisənin saxlanması xərclərini kompensasiya etməyə gedib.

Xatırladaq ki, üç mərtəbəli “Sofiya Rotaru” oteli Yaltanın mərkəzində - Qara dənizin yanındakı 19-cu əsrə aid malikanədə yerləşir. İnqilabdan əvvəl binada məşhur Rofe hamamları yerləşirmiş.

O vaxt, 2020-ci ildə müğənni otelini 25 milyon avroya satmağa çalışsa da, alıcı tapmamışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə