…Dumanın mədəniyyət komitəsinin sədr müavini Aleksandr Şoloxov Lenta.ru-ya müsahibəsində bildirib ki, hazırda müğənni Zemfiranın (Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib –A.B.) siyahıdan çıxarılması üçün heç bir əsas yoxdur.
Portalın məlumatına görə, Zemfira xarici agentlərin reyestrindən çıxarılmasını xahiş edərək dəfələrlə məhkəməyə müraciət edib.
Millət vəkili təklif edib ki, sənətçi xaricdə yaşamağa pulu qalmadığı üçün statusunu silməyə çalışır.
Xatırladaq ki, ifaçı 2023-cü ilin fevralında xarici agentlərin reyestrinə daxil edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə