Məşhur aktrisa 16 kq arıqladı - VİDEO

16 kq arıqlayan tanınmış aktrisa Nürgül Yeşilçay sirrini açıqlayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün Nişantaşında görüntülənən kino ulduzu heç bir plastik əməliyyat keçirmədiyini deyib.

"16 kq arıqladım. Ac qaldım, gecə yatmazdan 4 saat əvvəl ac qalırsan, səhər yuxudan durduqdan sonra da 4 saat ac qalırsan. Sonra yemək yeyirsən. İlk vaxtlarda çox çətinlik çəkdim, alışana qədər çox çətin idi", - Nurgül müsahibəsində qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə