Özbək əsilli rusiyalı aktrisa Rovşana Kurkova ikinci dəfə ana olub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə 42 yaşlı aktrisa özü sosial mediada məlumat yayıb. Hamiləlik fotolarını paylaşan ulduz qeyd edib ki, bu dəfə o, qız anası olub:
"Bu gün mənim üçün çox vacib - baharın son günüdür və nəhayət, böyük sevincimi bölüşmək istəyirəm. Mart ayında mən Qasparın bacsını dünyaya gətirdim. Bu dünyada sevgi daha çox olsun", - sevincini bölüşən kino ulduzu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə