İki il öncə Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində azad edilən kəndlər - SİYAHI

Bu gün bir neçə kəndin 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsindən iki il keçir. SİA xatırladır ki, 2020-ci il noyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində uğurlarını davam etdirib. Həmin gün Cəbrayılın Mirək, Kavdar kəndləri işğaldan azad edilib. Zəngilan istiqamətinə gəlincə, ordumuz rayonun Məşədiismayıllı, Şəfibəyli kəndlərini işğalçılardan təmizləyib.

Eyni gündə Qubadlının üç kəndi – Başarat, Qarakişilər və Qaracallı kəndləri də işğaldan azad edilib. Bildirək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq qələbə xəbərini xalqa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə