İki il öncə: Yeddi kənddə işğala son qoyuldu - SİYAHI

Bu gün Azərbaycanın bir neçə kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il keçir. SİA xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə - noyabrın 2-də Azərbaycan ordusu Cəbrayılın Çapand, Qoşabulaq kəndlərini işğaldan azad edib.

Həmin gün Zəngilan istiqamətində də uğurlar qazanılıb. Belə ki, rayonun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərində işğala son qoyulub.

Qubadlının isə İşıqlı, Muradxanlı və Milanlı kəndləri işğaldan təmizlənib.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet”lə qələbə xəbərini xalqa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə